İnfitar - 82:6 Ey insan, səni Şərəfli olan Rəbbinə qarşı aldadan nədir?
Bütün şərəf Allaha aiddir:
Saffat/37:180 Üstünlük və şərəfin sahibi olan Rəbbin, onların dəyərləndirmələrindən çox Ucadır.

Rahmən/55:78 Böyüklük və Comərdlik sahibi Rəbbinin adı necə də Ucadır!
Rahmən/55:27 Ancaq Görkəmli və Şərəfli Rəbbinin varlığı qalıcıdır.

Nisa/4:139 Onlar ki, iman edənlərdən ayrı inkarçılarla işbirliyi edər. Onların yanında şərəfmi axtarırlar? Halbuki şərəf tamamilə Allaha aiddir.

İsra/17:79 Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.

Qamər/54:54 Müttəqilər, cənnətlər (bağçalar) və çaylar içindədir.

İnfitar/82:6 Ey insan, səni Şərəfli olan Rəbbinə qarşı aldadan nədir?

Fatir/35:10 Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.

Qamər/54:55 Güclü Kralın yanında şərəfli məqamlardadırlar.