İnşiqaq - 84:10 Kitabı arxasından verilən isə,
Dünya həyatında özünə gələn kitaba arxa çevirənlərin/ əhəmiyyət verməyənlərin, haqq-hesab günü kitabları (qeydləri) üzlərinə baxılmadan, arxalarından verilər/onlara önəm verilməz:
Bəqərə/2:101 Yanlarındakını təsdiqləyən bir elçi Allah tərəfindən görəvli olaraq onlara gəlincə, kitab verilənlərin bəzisi, Allahın kitabına arxa çevirdilər. Bilmirlərmiş kimi...

Ali İmran/3:187 Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!