Buruc - 85:20
Allah onları arxalarından əhatə etmişdir.
"Allah onları arxalarından əhatə etmişdir." Məqsəd nədir?
Tur/52:42
Yoxsa bir planmı tətbiq etmək istəyirlər? Halbuki kafirlərin özləri bir plana məhkum edilmişdir.
Tovbə/9:49
Onlardan bəziləri: "Mənə izin ver, məni sıxıntıya salma," deyir. Onlar, onsuz da, bu davranışlarıyla sıxıntının içinə düşmüşlər; halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Hud/11:84
Mədyənə də qardaşları Şueybi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Sizi rifah içində görürəm və sizin üçün, (sizi) bürüyəcək bir günün əzabından qorxuram.
Hud/11:92
Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."
Yusuf/12:107
Onlar, Allah tərəfindən bürüyən (mühasirəyə alan) bir əzabın onlara yetişməsindən, yaxud dünyanın sonunun (Saat) qəflətən onlara gəlməsindən arxayınmı oldular?
Yunus/10:21
Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."
İsra/17:8
Rəbbiniz sizə rəhmət edər. Siz (fəsad törətməyə) dönərsəniz, Biz də (cəzalandırmağa) dönərik. Cəhənnəmi kafirlər üçün zindan etdik.
Məryəm/19:93
Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.
Məryəm/19:94
Onları əhatə edib və tək-tək saymışdır.
Ənbiya/21:41
Səndən öncəki elçilər də məsxərəyə qoyulmuşdu. Amma məsxərəyə qoyanları, məsxərəyə qoyduqları gerçək bürüdü.
Furqan/25:22
Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.
Furqan/25:23
Etdikləri işlərə baxar və onları tamamilə təsirsiz hala gətirərik.
Ənkəbut/29:53
Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Ənkəbut/29:54
Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Ğafir/40:45
Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Əhqaf/46:26
Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
Cinn/72:28
Beləcə, elçilərin Rəblərinin mesajını çatdırdıqları (təbliğ etdikləri) ortaya çıxsın. O onların etdiklərini tamamilə ehtiva etmişdir və hər şeyi say olaraq hesaba almışdır.
Buruc/85:19
İnkar edənlər, xronik yalanlayıcılardır.
Buruc/85:20
Allah onları arxalarından əhatə etmişdir.