Tariq - 86:13 Bu, ayırd edici bir sözdür.
Bu, ayırd edən bir sözdür: Məqsəd nədir?
Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Ya sin/36:69 Ona şer öyrətmiş deyilik, zatən ona uyğun deyil. Bu, ancaq bir mesaj və açıq-aşkar bir Qurandır.
Ya sin/36:70 Diriləri xəbərdar edir və inkar edənləri aşkara çıxarır.

İsra/17:45 Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46 Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:89 Biz bu Quranda hər cürə örnəyi verdik, halbuki insanların əksəriyyəti inkarda israr etməkdədir.

Rum/30:58 Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik. Onlara bir möcüzə gətirsən, kafirlər, "Siz yanılanlarsınız," deyəcəklər.

Tovbə/9:124 Hər nə zaman bir surə nazil olsa, "Bu, surə hansınızın imanını artırdı?" deyə soruşanlar var. Gerçəkdən iman edənlərin imanını artırmışdır və onlar (hər surənin nazil olmasıyla) sevinib bir-birlərini müjdələyərlər.

İsra/17:41 Biz, öyüd almaları üçün Quranda açıqladıq. Lakin bu, sadəcə onların nifrətini artırır.

Mutaffifin/83:7 Doğrusu, pislərin yazğısı (siyahısı) Siccindədir.
Mutaffifin/83:18 Doğrusu, yaxşıların kitabı İlliyyundadır.

Fussilət/41:41 Özlərinə mesaj yetişdikdən sonra onu inkar edənlər bilsin ki, o üstün bir Kitabdır.
Fussilət/41:42 Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.