Əla - 87:3 O ki, ölçdü, yol göstərdi.
"O ki ölçdü" (Allah insana ölçü ilə formasını verdi):
Təğabun/64:2 Sizi O yaratdı. Sonra kiminiz inkarçı, kiminiz də inanclıdır. Allah bütün etdiklərinizi Görəndir.
Təğabun/64:3 Göyləri və yeri bəlli bir məqsəd üçün yaratmış, sizə surət vermiş və surətinizi gözəlləşdirmişdir. Dönüş Onadır.


Tin/95:4 Biz insanı ən gözəl bir formada yaratdıq.

Ali İmran/3:6 Bətnlərdə sizə istədiyi şəkildə surət verən Odur. Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.

Muminun/23:12 Biz, insanı xüsusi bir palçıqdan yaratdıq.
Muminun/23:13 Sonra onu sağlam bir gözləmə yerində bir damcı halına gətirdik.
Muminun/23:14 Sonra, o damcını embrion olaraq formalaşdırdıq, sonra embrionu döl olaraq formalaşdırdıq, sonra dölü sümük olaraq formalaşdırdıq, sonra sümüyə ət geydirdik və sonra onu yeni bir məxluq halına saldıq. Surət verənlərin ən gözəli (olan) Allah çox Ucadır.

Ğafir/40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!

Qiyamə/75:38 Və bir embriona çevrildikdən sonra, O yaradıb forma verdi.
Qiyamə/75:39 Və ondan erkək və dişi olmaq üzrə iki cift yaratdı.

Həcc/22:5 Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.