Fəcr - 89:19
Mirası da haqqa önəm vermədən (haqsızca) yeyirsiniz.
Miras paylanması:
Nisa/4:11
Allah övladlarınız haqqında sizə belə tövsiyə edir. Kişiyə, iki qadının payı qədər pay düşür. Mirasçılar (övladlar) sadəcə qadın olub iki nəfərdən artıqdırlarsa qalan malın üçdə ikisi onlarındır. Övlad sadəcə bir qadındırsa qalan malın yarısı onundur. Əgər ölənin övladı varsa, onun ana və atasının hər birinə altıda bir düşər. Əgər onun övladı yoxdursa, varisi də ancaq ana və atasıdırsa, bu vəziyyətdə anasına üçdə bir pay düşər. Əgər ölənin qardaşı (və ya bacısı) varsa, bu vəziyyətdə onun anasına altıda bir düşər. Bütün bu bölüşmə ölçüləri, ölənin etdiyi vəsiyyətdən və borcların ödənməsindən sonra gəlir. Analarınız, atalarınız və övladlarınızdan hansının sizə daha faydalı olduğunu bilə-bilməzsiniz. Bu Allahın qanunudur. Allah Biləndir, Hikmət Sahibidir.
Nisa/4:12
Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, qoyub getdikləri mirasın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə biri sizindir. Bu pay, borclarının ödənməsindən və etdikləri vəsiyyətdəki payların dağıdılmasından sonradır. Əgər sizin övladınız yoxdursa, buraxdığınızın dörddə biri onlarındır. Yox əgər övladınız varsa, onda buraxdığınızın səkkizdə biri onlarındır. Bu pay, borclarınızın ödənməsindən və etdiyiniz vəsiyyətdəki payların dağıdılmasından sonradır. Miras buraxan kişinin və ya qadının övladı və həyat yoldaşı olmayıb bir qardaşı və ya bir bacısı var isə bu vəziyyətdə hər birinə altıda bir düşər. Bundan çoxdurlarsa, üçdə birini bölüşürlər. Bu bölüşmə vəsiyyətdəki payların dağıdılmasından və borcların ödənilməsindən sonra tətbiq edilməlidir ki, kimsəyə zərər verilməsin. Bu, Allahdan bir vəsiyyətdir. Allah Bilir, Şəfqətlidir.