Ənfal - 8:1
Səndən savaş qənimətləri haqqında soruşurlar. De ki: "Qənimətlər Allahın və Elçisinindir." Allahı dinləyin, aranızı düzəldin. İman edirsinizsə, Allaha və Elçisinə tabe olun.
"Qənimətlər, Allahın və Elçisinindir.": Məqsəd nədir?
Ənfal/8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
Həşr/59:7
Allahın o ölkələrin əhalisindən elçisinə qənimət buraxdığı şeylər Allahın və elçisinindir. Yəni əqrəbalara, yetimlərə, yoxsullara və yolda qalmışlara verilməlidir ki, zənginlərinizin arasında inhisara çevrilməsin. Elçinin sizə verdiyini alın; ancaq onun sizə vermədiyindən uzaq durun. Allahı dinləyin. Allahın cəzalandırması çətindir (şiddətlidir).
Ali İmran/3:161
Bir peyğəmbər qənimət mallarından haqqından artığını ala bilməz. Kim haqqından artığını alarsa dirilmə günü o artıq götürdüyü ilə gələr. Sonra hər kəsə qazandığının qarşılığı tam ödənər və haqsızlığa uğradılmazlar.