Ənfal - 8:10 Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
"Bizi kimsə məğlub edə bilməz":
Rad/13:13 Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.

Zuxruf/43:55 Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.

Mucadilə/58:21 Allah, "Mən və Mənim elçilərim qazanacaqlar," deyə yazmışdır. Allah Güclüdür, Üstündür.
Mucadilə/58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.

Ali İmran/3:12 İnkar edənlərə bunu söylə: “Məğlub ediləcək və cəhənnəmə sürüklənəcəksiniz." Necə də pis bir məskəndir.

Nisa/4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.

Rad/13:42 Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.

Vaqiə/56:60 Aranızda ölümünüzü öncədən Biz müəyyən etdik. Kimsə Bizi əngəlləyə bilməz.

Fəth/48:4 O inanclarına inanc qatmaq üçün iman edənlərin qəlbinə hüzur endirəndir. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Hikmət Sahibidir.