Ənfal - 8:19 Zəfər istəyirsinizsə (ey kafirlər), budur, sizə zəfər gəldi! Hücum etməyi dayandırsanız, sizin üçün daha yaxşı olar. Dönərsəniz Biz də dönərik və ordunuz sayca çox da olsa, sizdən heç bir şeyi dəf edə bilməz. Allah iman edənlərlə bərabərdir.
"Dönərsəniz biz də dönərik.":
Nisa/4:89 Sizin də özləri kimi inkar etmənizi istədilər ki, onlarla eyni olasınız. Allah yolunda hərəkətə keçincəyə qədər onlardan kimsəni dost tutmayın. Sizə qarşı olarlarsa onları tutun, onları tapdığınız yerdə öldürün. Onları nə dost, nə də yardımçı tutmayın;

Ənfal/8:39 Təzyiq və zülmü ortadan qaldırıncaya və dini sadəcə Allaha aid edincəyədək onlarla savaşın! Düşmənçiliyə son qoyarlarsa, əlbəttə Allah etdiklərinizi Görür.
Ənfal/8:40 Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.

İsra/17:7 "Yaxşı davranarsanız, özünüz üçün yaxşı davranmış olarsınız. Pis davranarsanız yenə özünüz üçündür. Sonuncusunun zamanı gəlincə, sizi kədərə boğacaqlar və ilk dəfə girdikləri kimi məscidə girəcəklər. Ələ keçirdiklərini yerlə bir edəcəklər."
İsra/17:8 Rəbbiniz sizə rəhmət edər. Siz (fəsad törətməyə) dönərsəniz, Biz də (cəzalandırmağa) dönərik. Cəhənnəmi kafirlər üçün zindan etdik.