Ənfal - 8:29 Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
Doğru nədir?
Bəqərə/2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.

Hucurat/49:7 Biləsiniz ki, Allahın Elçisi aranızdadır. İşlərin çoxunda sizlərə tabe olsaydı, sıxıntıya düşərdiniz. Fəqət, Allah inancı sizə sevdirdi və onu könüllərinizdə süslədi; inkarı, pisliyi və üsyanı isə sizə çirkin göstərdi. Məhz doğrunun ardınca gedənlər bunlardır.

Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Əraf/7:178 Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, ziyana uğrayacaqlar.

Ali İmran/3:20 Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.

İsra/17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.

Kəhf/18:17 Dan ağardığında, onlar mağara boşluğunda ikən, mağaralarının üzərindən günəşin sağa doğru hərəkət etdiyini, batdığı zaman da onları sıyırıb sola doğru əyildiyini görərdin. Bu Allahın işarətlərindəndir. Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, onun üçün aydınladan (yol göstərən) bir dost tapa bilməzsən.

Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."