Ənfal - 8:32 Hətta: "Rəbbimiz, bu səndən gələn bir gerçəkdirsə, üstümüzə göydən daşlar yağdır, və ya başımıza ağrılı-acılı bir əzab gətir," deyirdilər.
Elçilərə iman etmək üçün əzabın gəlməsini istədilər?
Ənfal/8:32 Hətta: "Rəbbimiz, bu səndən gələn bir gerçəkdirsə, üstümüzə göydən daşlar yağdır, və ya başımıza ağrılı-acılı bir əzab gətir," deyirdilər.

Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."

Yunus/10:50 De ki: "Onun əzabı istər gecə və ya gündüz gəlsin, bəs nə üçün günahkarlar o mövzuda tələsməkdədirlər?"
Yunus/10:51 "Gerçəkləşdikdən sonramı ona iman edəcəksiniz? Elə isə nə üçün onu indi tez-tələsik istəyirsiniz?"

Hud/11:32 Dedilər ki: "Ey Nuh, sən bizimlə mübahisə etdin və bizimlə mübahisəni uzatdın. Doğru sözlüsənsə haydı bizi təhdid etdiyin şeyi gətir görək."
Hud/11:33 Dedi ki: "Onu, istəyərsə, sizin başınıza ancaq Allah gətirə bilər. Siz əngəl ola bilməzsiniz."

Ənbiya/21:38 "Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.

Ya sin/36:48 Eyni zamanda, "Doğru sözlüsünüzsə, o söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.

Əhqaf/46:22 "Bizi tanrılarımızdan döndərmək üçünmü bizə gəldin? Doğru sözlüsənsə bizə söz verdiyini gətir görək," dedilər.