Ənfal - 8:35
Onların, Kəbədəki namazları hiylə və çəkindirməkdən başqa bir şey deyil. İnkar etmənizə görə əzabı dadın.
Müşriklərin namazları:
Nisa/4:142
İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
Tovbə/9:54
Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.
Maun/107:4
Təəssüflər olsun o namaz qılanlara,
Maun/107:5
Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər.
Maun/107:6
Onlar ki, riyakardırlar
Ənfal/8:35
Onların, Kəbədəki namazları hiylə və çəkindirməkdən başqa bir şey deyil. İnkar etmənizə görə əzabı dadın.