Ənfal - 8:40
Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.
Qoruyucu olaraq Allah yetər: Əlaqəli
Muhəmməd/47:9
Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. O da onların işlərini keçərsiz etmişdir.
Muhəmməd/47:10
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Allah onları məhv edib ortadan qaldırmışdır və bu inkar edənləri də eyni aqibət gözləməkdədir.
Muhəmməd/47:11
Çünki Allah iman edənlərin Qoruyucusudur. İnkar edənlərin isə bir qoruyucusu yoxdur.
Nisa/4:132
Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.
Ali İmran/3:173
Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”
Yusuf/12:64
"Daha öncə qardaşı üçün sizə necə güvənmişdimsə, indi onun üçün də sizə güvənim eləmi? Allah ən yaxşı Qoruyucudur və O, Mərhəmətlilərin Mərhəmətlisidir."
Muminun/23:88
De ki: "Qoruyub mühafizə edən, fəqət Özü qorunub mühafizə edilməyən; hər şeyin hökmranlığını əlində saxlayan kimdir, bilirsinizmi?"
Əhzab/33:3
Və Allaha güvən. Qoruyucu olaraq Allah yetər.
Əraf/7:196
"Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."
Ənfal/8:40
Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.
İsra/17:64
Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
İsra/17:65
"Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.
Əhzab/33:48
İnkar edənlərə və ikiüzlülərə tabe olma, əziyyətlərinə əhəmiyyət vermə və Allaha güvən; qoruyucu olaraq Allah yetər.
Təhrim/66:4
İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.