Ənfal - 8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
Ayırma günündən məqsəd nədir?
Ali İmran/3:166
İki ordu qarşılaşdığı gün başınıza gələnlər Allahın izni ilə oldu. İman edənlər beləcə ayırd edilir.
Ali İmran/3:167
İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.
Ali İmran/3:140
Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.
Ali İmran/3:141
Allah beləcə iman edənləri sağlamlaşdırar və kafirlərin qürurunu qırar.
Tovbə/9:16
Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.
Tovbə/9:42
Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Tovbə/9:43
Allah səni əfv etdi: Doğrular və yalançılar sənə bəlli olmadan öncə nə üçün onlara izin verdin?
Tovbə/9:44
Allaha və Axirət gününə iman edənlər, paralarıyla və canlarıyla səy göstərməkdən (qaçmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri layiqincə tanıyır.
Ənfal/8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
Muhəmməd/47:20
İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,
Hədid/57:25
Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
Ali İmran/3:154
Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.
Nisa/4:141
Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.