Ənfal - 8:42
O vaxt siz vadinin bəri yamacında, onlar da vadinin o biri yamacında mövqe almışdı. Karvan da sizdən daha aşağıda idi. Bu qarşılaşmanı siz qərarlaşdırsaydınız, qarşılaşma mövzusunda anlaşmazlığa düşəcəkdiniz. Halbuki Allah, edilməsi öncədən planlanmış bir işi gerçəkləşdirməkdə idi. Beləcə, məhv edilən, açıq-aşkar bir dəlillə məhv edilsin, yaşayan da açıq-aşkar bir dəlillə yaşadılsın. Allah Eşidəndir, Biləndir.
Allah yolunda savaşanların vəziyyəti:
Ali İmran/3:157
Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Nisa/4:74
Dünya həyatını axirətə dəyişənlər Allah yolunda savaşsınlar. Kim Allah yolunda savaşar, ölər yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
Tovbə/9:20
İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
Tovbə/9:21
Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.
Nisa/4:100
Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.
Ənfal/8:74
İman edənlər, Allah yolunda köç (hicrət) edib səy göstərənlər və onlara sığınacaq verib yardım edənlər, bax bunlar gerçək iman edənlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.