Ənfal - 8:47 Allahın yoluna əngəl olmaq məqsədi ilə, (özlərini) insanlara göstərərək yurdlarından çıxan o özünü bəyənmişlər kimi olmayın. Allah etdiklərini hər tərəfdən əhatə edir.
Əlaqəli:
Ənfal/8:47 Allahın yoluna əngəl olmaq məqsədi ilə, (özlərini) insanlara göstərərək yurdlarından çıxan o özünü bəyənmişlər kimi olmayın. Allah etdiklərini hər tərəfdən əhatə edir.
Ənfal/8:48 Şeytan, işlərini onlara süsləmiş və: "Bu gün insanlardan kimsə sizi məğlub edə bilməz. Mən sizin yanınızdayam," demişdi. İki ordu üz-üzə gəlincə də, dabanları üstündə geri dönüb, "Sizinlə bir əlaqəm yoxdur, sizin görmədiyinizi görürəm və Allahdan qorxuram. Allahın cəzası çətindir (şiddətlidir)," demişdi.

Həşr/59:11 İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.
Həşr/59:12 Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.
Həşr/59:13 Qəlblərinə, Allahdan daha çox siz qorxu salırsınız. Çünki onlar anlayışsız bir topluluqdur.
Həşr/59:14 Onlar, yaxşı qorunmuş şəhərlərdə və ya divarların ardında olmaları xaricində bir araya gəlib sizinlə savaşmazlar. Aralarındakı münaqişələri çətindir (şiddətlidir). Onları birlik (halında) sanarsan, halbuki qəlbləri dağınıqdır. Çünki onlar, ağıllarını işlətməyən bir topluluqdur.
Həşr/59:15 Özlərindən qısa bir müddət öncə keçmiş olanlara bənzəyirlər. Onlar, işlədiklərinin qarşılığını dadmışlar və ağrılı-acılı bir əzaba layiq görülmüşlər.
Həşr/59:16 Onlar eyni şeytan kimidir: İnsana, "İnkar et," deyər. Sonra o inkar edincə də, "Mənim səninlə bir əlaqəm yoxdur. Mən, aləmlərin Rəbbi Allahdan qorxuram," deyər.