Ənfal - 8:52 Eyni Fironun tərəfdarlarının və onlardan öncəkilərin gedişi kimi... Allahın ayələrini inkar etdilər. Günahlarına görə Allah da onları yaxalayıb cəzalandırdı. Allah Güclüdür, cəzası çətindir (şiddətlidir).
Öncəki cəmiyyətlərin Rəbbimiz tərəfindən yaxalanmaları:
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.