Ənfal - 8:58
Bir topluluğun xəyanəti səni narahat edirsə, sən də eyni şəkildə (diplomatik əlaqəni kəsib) at. Şübhəsiz Allah xainləri sevməz.
Razılaşmanı pozan kafirlərə qarşı: 8: 56, 57, , 61 ilə əlaqəli
Tovbə/9:1
Bu, Allah və Elçisindən, anlaşma (müqavilə) bağladığınız bütpərəstlərə bir ultimatumdur (xəbərdarlıqdır):
Tovbə/9:2
Yer üzündə daha dörd ay gəzib dolaşın, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz və Allah inkar edənləri rəzil edər.
Tovbə/9:3
Bu, eyni zamanda Allah və Elçisindən bütün insanlara, böyük həcc günü yayımlanmış bir xəbərdarlıqdır: Allah bütpərəstlərdən uzaqdır, elçisi də... Tövbə edərsəniz sizin üçün daha yaxşıdır. Dönərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Tovbə/9:4
Ancaq, onlarla bağladığınız müqavilənin şərtlərinə tam riayət edən və sizə qarşı başqalarıyla iş birliyində olmayan bütpərəstlərin müqaviləsini müddəti bitənə qədər yerinə yetirin. Allah müttəqiləri sevər.
Tovbə/9:5
Müqəddəs aylar çıxınca, (hələ də sülhə yanaşmırlarsa) o bütpərəstləri yaxaladığınız yerdə öldürün. Onları yaxalayın, onları mühasirəyə alın və hər hərəkətlərini izləyin. Tövbə edib namaz qılar və zəkat verərlərsə yollarını sərbəst buraxın. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:6
Bütpərəstlərdən biri sizdən keçiş güvənliyi istəyərsə ona qoruma təşkil et ki, Allahın sözünü eşitsin; Sonra onu özünün təhlükəsiz bölgəsinə yetişdir. Çünki onlar bilgisiz bir topluluqdur.
Tovbə/9:7
Bütpərəstlərin Allah və elçisi yanında necə bir müqaviləsi ola bilər ki? Müqəddəs Məsciddə sizinlə müqavilə bağlamış olanlar xaric. Onlar sizin haqlarınızı qoruduqları müddətcə, siz də onların haqlarını qoruyun. Allah müttəqiləri sevər.
Tovbə/9:8
Necə ola bilər ki? Sizə qalib gəlsəydilər, nə bir əqrəbalıq əlaqəsini qoruyardılar, nə də bir müqaviləni... Ağızları ilə sizi passivləşdirəcək xoş sözlər söyləyərlər, fəqət qəlbləri əksini istəyər. Çoxları yoldan çıxmışdır.
Tovbə/9:9
Allahın ayələrini az bir dəyərə satıb Onun yolundan azdılar. Etdikləri necə də pisdir.
Tovbə/9:10
İman etmiş birisi haqqında nə bir əqrəbalıq bağı, nə də bir müqavilə gözləməzlər; hücum edənlər və həddi aşanlar onlardır.
Tovbə/9:11
Tövbə edib namaz qılar və zəkat verərlərsə, sizin din qardaşlarınızdır. Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.
Tovbə/9:12
Müqavilə bağladıqdan sonra andlarını pozar və dininizə hücum edərlərsə, o inkarçılığın öndərləriylə savaşın; çünki onların andı artıq keçərsizdir. Bəlkə əl çəkərlər.
Tovbə/9:13
Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
Tovbə/9:14
Onlarla savaşın ki, Allah əllərinizlə onları cəzalandırıb, rəzil etsin, sizi zəfərə yetişdirsin və iman edən camaatın qəlbini sevindirsin,
Tovbə/9:15
Ürəklərinin öfkəsini aradan qaldırsın. Allah istədiyinin tövbəsini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.
Bəqərə/2:190
Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Bəqərə/2:191
Onlarla qarşılaşdığınız yerdə onlarla savaşın və sizi çıxardıqları yerdən onları çıxardın; zülm və işgəncə öldürməkdən betərdir. Müqəddəs Məscidin yanında sizinlə savaşmadıqca onlarla savaşmayın. Sizə hücum edərlərsə, siz də onlara hücum edin. İnkar edənlərin cəzası belədir.
Bəqərə/2:194
Müqəddəs (haram) ay ancaq iki tərəfli qoruna bilər. Atəşkəsə riayət etmək qarşılıqlıdır. Sizə hücum edərlərsə onlara eyni şəkildə hücum edin. Allahı dinləyin və bilin ki, Allah müttəqilərin yanındadır.
Şura/42:42
Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.