Ənfal - 8:62 Səni aldatmaq istəyərlərsə, Allah sənə yetər. O ki səni yardımı ilə və iman edənlərlə dəstəklədi.
"O ki səni iman edənlərlə dəstəklədi":
Ənfal/8:62 Səni aldatmaq istəyərlərsə, Allah sənə yetər. O ki səni yardımı ilə və iman edənlərlə dəstəklədi.

Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”

Fəth/48:18 Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.