Ənfal - 8:70
Ey Peyğəmbər, əlinizdə olan əsirlərə de ki: "Allah qəlbinizdə bir yaxşılıq bilsə, itirdiklərinizdən daha yaxşısını sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir".
Əsirlər haqqında:
Ənfal/8:67
Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.
Ənfal/8:70
Ey Peyğəmbər, əlinizdə olan əsirlərə de ki: "Allah qəlbinizdə bir yaxşılıq bilsə, itirdiklərinizdən daha yaxşısını sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir".
Ənfal/8:71
Yox, sənə xəyanət etmək istəyirlərsə, onsuzda daha öncə Allaha xəyanət etmişdilər. Bundan sonra onları məğlub etdi. Allah Biləndir, Hikmət sahibidir.
Ənfal/8:71
Yox, sənə xəyanət etmək istəyirlərsə, onsuzda daha öncə Allaha xəyanət etmişdilər. Bundan sonra onları məğlub etdi. Allah Biləndir, Hikmət sahibidir.
Tovbə/9:5
Müqəddəs aylar çıxınca, (hələ də sülhə yanaşmırlarsa) o bütpərəstləri yaxaladığınız yerdə öldürün. Onları yaxalayın, onları mühasirəyə alın və hər hərəkətlərini izləyin. Tövbə edib namaz qılar və zəkat verərlərsə yollarını sərbəst buraxın. Allah Bağışlayandır, Rəhmlidir.
Nur/24:33
Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.
Muhəmməd/47:4
Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.