Bələd - 90:19
Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).
Atəşə girən talehsizlərin xüsusiyyətləri:
Leyl/92:14
Mən sizi alovlu bir atəşə qarşı xəbərdar etdim.
Leyl/92:15
Oraya talesiz (bədbəxt) olandan başqası girməz.
Leyl/92:16
O ki, yalanladı və arxasını çevirdi.
Bələd/90:19
Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).
Bələd/90:20
Onlar atəşə qapadılacaqlar.
Hud/11:105
O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.
Hud/11:106
Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Muminun/23:105
Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:104
Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:106
(Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Vaqiə/56:7
Sizlər də üç bölümə ayrılarsınız.
Vaqiə/56:8
Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9
Bədbəxtlər nə qədər də bədbəxtdirlər!
Vaqiə/56:10
Bir də irəli keçən öncü elitalar (seçilmişlər) vardır.