Şəms - 91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;
Nəfsə və ona biçim verənə:
Şəms/91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;

Hicr/15:28 Rəbbin mələklərə, "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan bir insan yaradacağam," demişdi.
Hicr/15:29 "Onu hazırlayıb ona ruhumdan üfürdüyüm zaman dərhal onun üçün səcdəyə varın," demişdi.

İnsan/76:2 Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
İnsan/76:3 Ona yolu göstərdik; ya şükür edəndir, ya da nankor.

Bələd/90:17 Üstəlik, bir-birlərinə səbr və sevgini tövsiyə edən iman edənlərdən olmaqdır.

Rum/30:30 Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.

Əraf/7:172 Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.

İnfitar/82:7 O ki, səni yaratdı, nizama saldı, uyğunlaşdırdı.