Leyl - 92:17 Müttəqi isə ondan uzaq tutulacaqdır.
Müttəqilər cəhənnəmdən necə uzaq tutulacaq?
Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

Məryəm/19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70 Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72 Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.

Zumər/39:61 Allah müttəqiləri uğurları ilə qurtarar. Onlara pislik toxunmaz və onlar üzülməzlər də.

Saff/61:10 Ey iman edənlər, sizi ağrılı-acılı əzabdan qurtaracaq bir ticarəti sizə göstərimmi?
Saff/61:11 Allaha və elçisinə iman edirsiniz, Allahın yolunda canınız və paranızla (pulunuzla) səy göstərirsiniz. Bu sizin üçün ən yaxşısıdır, bir bilsəniz.
Saff/61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.