Leyl - 92:19 Heç kimsədən də buna qarşılıq bir yaxşılıq gözləməz.
Heç kimsədən etdiyi yardıma görə bir yaxşılıq gözləməz: Əlaqəli
İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10 "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."

Bəqərə/2:206 Ona “Allahı dinlə,” deyildiyində, kibr və qürur içində hiddətlənir. Onun haqqından Cəhənnəm gələr; necə də pis bir məskəndir!
Bəqərə/2:207 İnsanlardan eləsi də var ki, özünü Allahın razılığını qazanmağa həsr edər. Allah qullarına çox şəfqətlidir.
Bəqərə/2:265 Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.

Rum/30:38 Elə isə yaxınlığı olanlara haqlarını ver, yoxsula və yolçuya da... Allahın rizasını diləyənlər üçün bu daha yaxşıdır; onlar uğur qazananlardır.
Rum/30:39 İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.

Leyl/92:19 Heç kimsədən də buna qarşılıq bir yaxşılıq gözləməz.
Leyl/92:20 Sadəcə Ən Uca olan Rəbbinin rizasını qoruyur.