Leyl - 92:8
Fəqət, kim simiclik edib, zənginlik göstərər,
"Kim xəsislik edib zəngin kimi davranar," (vəhyə qarşı qulaqlarını tutarsa):
Əbəsə/80:1
Qaşqabağını salladı və döndü;
Əbəsə/80:2
O kor adam gəldi deyə.
Əbəsə/80:3
Nə bilirsən, bəlkə də, o təmizlənəcək;
Əbəsə/80:4
Yaxud da öyüd-nəsihət alacaq və ona mesajın faydası toxunacaqdı.
Əbəsə/80:5
Özünü zəngin görüb önəm verməyənə gəlincə;
Əbəsə/80:6
Sən ona yönəlirsən.
Əbəsə/80:7
Onun təmizlənməməsindən sənə nə?
Əbəsə/80:8
Halbuki, sənə böyük bir həvəslə gələn,
Əbəsə/80:9
Hörmət göstərdiyi halda,
Əbəsə/80:10
Diqqət göstərmədin ona.
Əbəsə/80:11
Doğrusu, bu bir xatırlatmadır.
Əbəsə/80:12
İstəyən bundan öyüd alar.
Furqan/25:43
Arzusunu tanrı seçən şəxsi gördünmü? Sənmi ona advokatlıq (vəkillik) edəcəksən?
Leyl/92:8
Fəqət, kim simiclik edib, zənginlik göstərər,
Leyl/92:9
Və yalanlayarsa ən gözəli,
Leyl/92:10
Onu da çətin olana yönəldərik.
Casiyə/45:23
Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?
Əla/87:9
Öyüd faydalı olacaqsa, öyüd ver.
Əla/87:10
Hörmət edənlər öyüd alacaqdır.
Əla/87:11
Bədbəxt isə ondan yan keçəcəkdir.
Əla/87:12
Və böyük atəşə girəcəkdir.
Əla/87:13
Əslində, orada nə öləcək, nə də yaşayacaqdır.