Ələq - 96:12
Yaxud müttəqiliyi öyüd-nəsihət etsəydi?
Muttəqi olmağı öyüd-nəsihət etsəydi:
Ali İmran/3:104
İçərinizdə, yaxşılığa çağıran, sağlam düşüncəni öyüd-nəsihət edən və pislikdən çəkindirən bir topluluq olsun. Bunlar uğur qazananlardır.
Əsr/103:1
And olsun axıb gedən zamana ki;
Əsr/103:2
İnsanlar məyusluq içindədir.
Əsr/103:3
Ancaq iman edib müttəqi davrananlar, bir-birlərinə gerçəyi tövsiyə edənlər və bir-birlərinə səbr etməyi tövsiyə edənlər xaric.
Bələd/90:12
Çətin yolun nə olduğunu bilirsənmi?
Bələd/90:13
Kölələri özgürlüklərinə qovuşdurmaqdır;
Bələd/90:14
Qıtlıq anında doyurmaqdır:
Bələd/90:15
Əqrəba bir yetimi,
Bələd/90:16
Yaxud gücünü itirmiş bir yoxsulu...
Bələd/90:17
Üstəlik, bir-birlərinə səbr və sevgini tövsiyə edən iman edənlərdən olmaqdır.
Bələd/90:18
Həqiqətən, onlar xoşbəxtdirlər.
Ali İmran/3:114
Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.