Qədr - 97:4 Mələklər və Ruh (Cəbrail) o gecə Rəblərinin izni ilə bütün əmrləri yerinə yetirmək üçün enərlər.
Rəbbimiz mələkləri bütün kainatdakı işləri və hadisələri idarə etmək üçün endirir:
Duxan/44:3 Biz xəbərdar etmək üçün onu mübarək bir gecədə nazil etdik.
Duxan/44:5 Qatımızdan bir əmr olaraq; Biz elçilər göndəririk.
Duxan/44:6 Rəbbindən bir rəhmətdir. O, Eşidəndir, Biləndir!

Qədr/97:4 Mələklər və Ruh (Cəbrail) o gecə Rəblərinin izni ilə bütün əmrləri yerinə yetirmək üçün enərlər.

Talaq/65:12 Yeddi göyü və yerdən/torpaqdan da o qədər yaradan Allahdır. Əmrlər onların arasında enər. Beləcə Allahın hər şeyə gücünün yetdiyini və Allahın hər şeyi bilgi ilə ehtiva etdiyini biləsiniz.

Səcdə/32:5 Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.

Məaric/70:4 Mələklər və Ruh (vəhy/komandalar/Cəbrail), əlli min ilə bərabər bir gün içində Ona yüksəlir.

Ğafir/40:7 İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."