Tovbə - 9:100 Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.
İman edənlər cənnətdə əbədi qalıcıdırlar:
Hud/11:108 Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.

Hicr/15:47 Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Hicr/15:48 Orada onlara heç bir yorğunluq toxunmaz və oradan da çıxarılmayacaqlar.

Fatir/35:33 Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.

Duxan/44:53 İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:55 Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56 Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.