Tovbə - 9:100
Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.
İman edənlər xərclədiklərini Allaha yaxınlaşdıracaq vəsilə hesab edərlər:
Həşr/59:8
Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.
Həşr/59:9
Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.
Bəqərə/2:218
İman edənlər, Allah yolunda hicrət edənlər və səy göstərənlər, Allahın rəhmətini ümid edər. Allah Bağışlayandır, Rəhmlidir.
Ənfal/8:72
İman edənlər, Allah yolunda köç (hicrət) edənlər, malları və canları ilə cihad edənlər və onlara sığınacaq verib onlara yardım edənlər bir-birlərinin dostudur. İman etdiyi halda sizinlə birlikdə köç (hicrət) etməyənlər köç (hicrət) edincəyə qədər onlardan məsul deyilsiniz. Ancaq onlar, din bağına görə sizdən yardım istəyərlərsə, aranızda razılaşma (müqavilə) olan bir camaata qarşı olmaması şərti ilə onlara Yardım etməlisiniz. Allah etdiklərinizi Görəndir.
Ənfal/8:73
İnkar edənlər də bir-birlərinin dostudur. Bu əmrləri tətbiq etməsəniz, yer üzündə xaos və böyük bir fəsad olar.
Ənfal/8:74
İman edənlər, Allah yolunda köç (hicrət) edib səy göstərənlər və onlara sığınacaq verib yardım edənlər, bax bunlar gerçək iman edənlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.
Tovbə/9:20
İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.