Tovbə - 9:114 İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.
İbrahim çox mülayim, həssas və (Allaha) yönələn biri idi:
Tovbə/9:114 İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.

Ənkəbut/29:31 Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.

Hud/11:74 İbrahimdən qorxu gedib, ona bu müjdə verilincə, Lut xalqı haqqında Bizimlə mübahisə etməyə başladı.

Ənkəbut/29:32 Dedi ki, "Amma orada Lut var." Onlar da dedilər, "Orada kimlərin olduğunu yaxşı bilirik. Onu və ailəsini qurtaracağıq, fəqət arvadı xaric; o geridə qalanlardandır."

Hud/11:75 Doğrusu, İbrahim çox yumşaq, çox duyğulu və daim (Tanrıya) yönələn biri idi.