Tovbə - 9:114
İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.
İman edənlər ortaq qoşanlar üçün bağışlanma diləyə bilməz:
Şuəra/26:84
"Məni, sonrakı nəsillər üçün yaxşı bir örnək et."
Şuəra/26:85
"Məni, Nemətlər Cənnətinə varis olanlardan et!"
Şuəra/26:86
"Atamı bağışla, çünki o, azmışdır."
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47
(İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48
"Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Mumtəhənə/60:4
Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."
Tovbə/9:113
Əqrəba olsalar belə, nə peyğəmbər, nə də iman edənlər, cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra ortaq qoşanlar üçün bağışlanma diləyə bilməz.
Tovbə/9:114
İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.
Hud/11:44
Və deyildi ki: "Ey torpaq, suyunu ud! Ey göy, sən də tut." Su sakitləşdi, qərar yerinə yetirildi, Cudi (Judea) üzərinə oturdu və "Zalımlar uzaq olsunlar!" deyildi.
Hud/11:45
Nuh Rəbbinə səsləndi: "Ey Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin verdiyin söz isə əlbəttə gerçəkdir və Sən, hökm verənlərin ən yaxşısısan."
Hud/11:46
Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."
Təhrim/66:10
Allah inkar edənlərə, Nuhun arvadı ilə Lutun arvadını örnək verir. İki müttəqi qulumuzun nikahı altında idilər; ancaq onlara xəyanət etdilər. Ərləri Allahdan gələn heç bir şeyi o ikisindən dəf edə bilmədi. İkisinə də, "Girənlərlə birlikdə cəhənnəmə girin," deyildi.