Tovbə - 9:114
İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.
İbrahim peyğəmbər atası üçün bağışlanma diləmə sözü verdi:
Məryəm/19:41
Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:42
Atasına, "Atacan, eşitməyən, görməyən və sənə bir faydası olmayan şeylərə niyə qulluq/xidmət edirsən?" demişdi.
Məryəm/19:43
"Atacan, mənə, sənə gəlməyən bir bilgi gəldi. Məni izlə ki, səni düzgün yola yetişdirim."
Məryəm/19:44
"Atacan, şeytana qulluq/xidmət etmə. Şeytan, Rəhmana qarşı çıxmışdır."
Məryəm/19:45
"Atacan, Rəhman tərəfindən bir cəzaya məruz qalmağından və şeytana dost olmağından qorxuram."
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47
(İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48
"Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Şuəra/26:84
"Məni, sonrakı nəsillər üçün yaxşı bir örnək et."
Şuəra/26:85
"Məni, Nemətlər Cənnətinə varis olanlardan et!"
Şuəra/26:86
"Atamı bağışla, çünki o, azmışdır."