Tovbə - 9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.
"Allah yaxşı davrananların mükafatını itirməz.": Əlaqəli
Ali İmran/3:170 Allahın onlara bol-bol verdiyi nemətlərlə sevinc içindədirlər. Onlara hələ qatılmamış yoldaşlarına bir qorxu və üzüntü olmadığını müjdələmək istəyərlər.
Ali İmran/3:171 Allahın bol nemətini və Allahın iman edənlərin mükafatını itirməyəcəyi gerçəyini müjdələmək istəyərlər.

Hud/11:115 Səbr et, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz.

Kəhf/18:30 İman edib müttəqi davrananlara gəlincə, əlbəttə Biz yaxşı işlər görənlərin mükafatını itirmərik.

Tur/52:20 Düzülmüş taxtlara yaslanmışlar və onları gözəl eşlərlə birləşdirmişik.
Tur/52:21 Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.

Tovbə/9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.