Tovbə - 9:122 (Məkkədə qalan) iman edənlərin, kütləvi şəkildə (Mədinəyə hicrət edən peyğəmbəri ziyarət üçün) yola çıxmaları doğru olmaz. Hər qrupdan sadəcə bir neçə nəfər, dini anlayıb öyrənmək üçün hərəkətə keçməlidir. Həqiqətən beləcə, xalqlarına geri döndüklərində, xalqlarının ayıq-sayıq olması üçün onları xəbərdar edə bilsinlər.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.