Tovbə - 9:19 Hacılara su vermə və Müqəddəs Məscidi ziyarətə hazır etmə işini, Allaha və Axirət gününə iman etmə, namazı qoruma, zəkat vermə və Allah yolunda cihad etmə ilə eynimi tutursunuz? Allahın yanında onlar eyni deyildir. Allah zalım camaatı doğruya yönəltməz.
Allaha iman etmənin ən önəmli meyarı:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."