Tovbə - 9:28
Ey iman edənlər, bütpərəstlər murdardır; bu ildən sonra Müqəddəs Məscidə yaxınlaşmasınlar. Yoxsulluğa düşməkdən qorxursunuzsa, (bilin ki,) Allah istəyərsə sizi Öz lütfüylə zənginləşdirəcəkdir. Allah Biləndir, Hikmət sahibidir.
"Yoxsulluğa düşməkdən qorxursunuzsa": Məqsəd nədir?
Ənkəbut/29:25
Dedi ki, "Sizin Allahla yanaşı bütlərə qulluq/xidmət etməyiniz, sadəcə dünya həyatında aranızdakı dostluğu qorumaq məqsədiylədir. Fəqət sonra, dirilmə günündə bir-birinizi inkar edərsiniz, bir-birinizi lənətləyərsiniz. Daxil olacağınız yer atəşdir və orada yardımçı tapa bilməzsiniz."
Həcc/22:25
İnkar edənlər, yerli və xaricdən gələn bütün insanlar üçün bərabər olaraq ayırdığımız Mübarək Məsciddən və Allahın yolundan geri çevirənlər və orada zülm və azğınlıq axtaranlar, tərəfimizdən ağrılı-acılı bir əzab dadacaqlar.
Həcc/22:26
İbrahimi evin (Kəbənin) məkanına yerləşdirmişdik: "Mənə heç bir şeyi ortaq etmə. Evimi də, ziyarətçilər, orada məskunlaşanlar, rüku və səcdə edənlər üçün təmizlə."
Həcc/22:27
"İnsanlara Həcc ziyarətini elan et. Sənin yanına piyada olaraq və ya fərqli minik vasitələriylə uzaqlardan gəlsinlər.
Həcc/22:28
(Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."