Tovbə - 9:28
Ey iman edənlər, bütpərəstlər murdardır; bu ildən sonra Müqəddəs Məscidə yaxınlaşmasınlar. Yoxsulluğa düşməkdən qorxursunuzsa, (bilin ki,) Allah istəyərsə sizi Öz lütfüylə zənginləşdirəcəkdir. Allah Biləndir, Hikmət sahibidir.
"Bütpərəstlər Müqəddəs Məscidə yaxınlaşmasınlar": Nə üçün?
Tovbə/9:18
Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.