Tovbə - 9:40
Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.
Savaşda iman edənlərin üzərinə enən hüzur və rahatlıq:
Ali İmran/3:153
Elçi arxanızdan çağırmasına rəğmən siz heç kimsəyə dönüb baxmadan təpəyə dırmanırdınız. İtirdiklərinizə və başınıza gələnlərə üzülməyəsiniz deyə sizə kədər üstünə kədər verdi. Allah etdiklərinizdən Xəbərdardır.
Ali İmran/3:154
Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.
Ənfal/8:9
Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:11
Özündən bir güvənlik olaraq sizi yuxuya aparıb sakitləşdirirdi. (Susuzluğun yaratdığı depressiyadan) sizi təmizləmək, şeytanın pisliyini (ümidsizliyi) sizdən uzaqlaşdırmaq, qəlbinizi razı salmaq və ayaqlarınızı gücləndirmək üçün üzərinizə göydən su endirirdi.
Ənfal/8:12
Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Ənfal/8:13
Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, əlbəttə Allahın cəzası çətindir (şiddətlidir).
Tovbə/9:25
Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26
Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:40
Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.
Əhzab/33:9
Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.