Tovbə - 9:49
Onlardan bəziləri: "Mənə izin ver, məni sıxıntıya salma," deyir. Onlar, onsuz da, bu davranışlarıyla sıxıntının içinə düşmüşlər; halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
"Onlar onsuz da bu rəftarlarıyla sıxıntının içinə düşmüşlər;" Məqsəd nədir?
Ta ha/20:124
"Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Cinn/72:13
"Biz, yol göstərəni (Quranı) eşidən kimi ona iman etdik. Rəbbinə iman edən, heç bir haqsızlığa və sıxıntıya uğramaz."
Həcc/22:22
Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."