Tovbə - 9:5 Müqəddəs aylar çıxınca, (hələ də sülhə yanaşmırlarsa) o bütpərəstləri yaxaladığınız yerdə öldürün. Onları yaxalayın, onları mühasirəyə alın və hər hərəkətlərini izləyin. Tövbə edib namaz qılar və zəkat verərlərsə yollarını sərbəst buraxın. Allah Bağışlayandır, Rəhmlidir.
9: 5 ilə əlaqəli ayə:
Bəqərə/2:190 Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Bəqərə/2:191 Onlarla qarşılaşdığınız yerdə onlarla savaşın və sizi çıxardıqları yerdən onları çıxardın; zülm və işgəncə öldürməkdən betərdir. Müqəddəs Məscidin yanında sizinlə savaşmadıqca onlarla savaşmayın. Sizə hücum edərlərsə, siz də onlara hücum edin. İnkar edənlərin cəzası belədir.
Bəqərə/2:192 Son qoyarlarsa, Allah Bağışlayandır, Rəhmlidir!
Bəqərə/2:193 Zülm və işgəncə ortadan qalxıncaya və din Allah üçün oluncaya qədər onlarla savaşın. Son qoyarlarsa, artıq zalımlardan başqasına düşmənçilik yoxdur.
Bəqərə/2:194 Müqəddəs (haram) ay ancaq iki tərəfli qoruna bilər. Atəşkəsə riayət etmək qarşılıqlıdır. Sizə hücum edərlərsə onlara eyni şəkildə hücum edin. Allahı dinləyin və bilin ki, Allah müttəqilərin yanındadır.

Nisa/4:90 Ancaq sizinlə aralarında müqavilə olan bir topluluğa qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə savaşmaqdan ötrü köksləri sıxıldığına görə sizin yanınıza gələnlər istisnadır... Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə savaşardı. Sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif edərlərsə, Allah sizin onlara hücum etməyinizə izin verməz.

Əraf/7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."

Tovbə/9:12 Müqavilə bağladıqdan sonra andlarını pozar və dininizə hücum edərlərsə, o inkarçılığın öndərləriylə savaşın; çünki onların andı artıq keçərsizdir. Bəlkə əl çəkərlər.
Tovbə/9:13 Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
Tovbə/9:123 Ey iman edənlər, sizi mühasirəyə alıb, hücum edən kafirlərlə savaşın. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir.