Tovbə - 9:61 Onlardan eləsi də, "O (xəbər toplayan) bir qulaqdır," deyərək peyğəmbəri incidirlər. De ki: "O, sizin üçün bir xeyir qulağıdır. O, Allaha iman edir və iman edənlərə güvənir. İçinizdəki iman edənlər üçün də bir rəhmətdir. Allahın elçisini incidənlər üçün ağrılı-acılı bir əzab vardır."
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.