Tovbə - 9:61 Onlardan eləsi də, "O (xəbər toplayan) bir qulaqdır," deyərək peyğəmbəri incidirlər. De ki: "O, sizin üçün bir xeyir qulağıdır. O, Allaha iman edir və iman edənlərə güvənir. İçinizdəki iman edənlər üçün də bir rəhmətdir. Allahın elçisini incidənlər üçün ağrılı-acılı bir əzab vardır."
Kafirler Muhammed peygamberi incitmek adına neler söylediler?
Əhzab/33:69 Ey iman edənlər, Musanı incidənlər kimi olmayın. Allah onu onların günahlandırmalarından təmizə çıxartdı. Allah qatında etibarlı biri idi.
Əhzab/33:57 Allahı və elçisini incidənlərə, Allah dünya və axirətdə lənət edər və onlar üçün alçaldıcı bir cəza hazırlamışdır.

Tovbə/9:61 Onlardan eləsi də, "O (xəbər toplayan) bir qulaqdır," deyərək peyğəmbəri incidirlər. De ki: "O, sizin üçün bir xeyir qulağıdır. O, Allaha iman edir və iman edənlərə güvənir. İçinizdəki iman edənlər üçün də bir rəhmətdir. Allahın elçisini incidənlər üçün ağrılı-acılı bir əzab vardır."

Yunus/10:65 Sözləri səni üzməsin. Halbuki şərəf tamamilə Allaha aiddir. O, Eşidəndir, Biləndir!

Hicr/15:6 Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."

Furqan/25:41 Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"

Hud/11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.

Ənam/6:56 De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.

Kəhf/18:6 Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?

Şuəra/26:3 İman etmirlər deyə özünə zərər yetirə bilərsən (ehtiyatlı ol).

Zuxruf/43:31 "Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.

Bəqərə/2:119 Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.