Tovbə - 9:61
Onlardan eləsi də, "O (xəbər toplayan) bir qulaqdır," deyərək peyğəmbəri incidirlər. De ki: "O, sizin üçün bir xeyir qulağıdır. O, Allaha iman edir və iman edənlərə güvənir. İçinizdəki iman edənlər üçün də bir rəhmətdir. Allahın elçisini incidənlər üçün ağrılı-acılı bir əzab vardır."
Axirət əzabı dərəcə-dərəcədir:
Hicr/15:43
"Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44
"Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."
Ali İmran/3:162
Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
Ali İmran/3:163
Onlar Allah qatında dərəcə dərəcədir. Allah etdiklərinizi görəndir.
Ğafir/40:45
Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Ğafir/40:46
Onlara gündüz və axşam atəş verilər. Dünyanın son günündə isə, "Fironun tərəfdarlarını əzabın ən çətininə (şiddətlisinə) salın."
Nisa/4:145
İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.