Tovbə - 9:68 Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.
Əbədi əzab:
Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.

Əraf/7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.

İbrahim/14:17 Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.

Fatir/35:36 İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.

Zuxruf/43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.