Tovbə - 9:89 Allah onlara əbədi qalacaqları və içindən çaylar axan cənnətlər söz vermişdir. Bu, ən böyük uğurdur.
88, 89 ayetleri bağlamında; savaş ortamında inananların tutumları:
Tovbə/9:50 Sənə bir yaxşılıq toxunsa onları üzər, sənə bir pislik toxunsa, "Biz öncədən tədbir almışdıq," deyərlər və sevinc içində dönüb gedərlər.
Tovbə/9:51 De ki: "Allahın bizim üçün yazdığından başqası bizə toxunmaz. Odur bizim mövlamız, sahibimiz. İman edənlər, Allaha güvənsinlər."
Tovbə/9:87 Geridə qalanlarla birlikdə olmağa razı oldular. Nəhayət qəlbləri möhürləndi. Bundan ötrü anlaya bilməzlər.
Tovbə/9:88 Fəqət elçisi və bərabərində olanlar, paralarıyla və canlarıyla cihad etdilər. Bütün yaxşılıqlara onlar layiq görülmüşdür. Qazananlar onlardır.
Tovbə/9:91 Allaha və elçisinə səmimi bağlı olduqları təqdirdə zəiflərə, xəstələrə və yardım üçün verəcək bir şey tapa bilməyənlərə bir eyib yoxdur. Yaxşı davrananlar qınana bilməz. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:92 Eyni şəkildə, onları mindirməyin üçün sənin yanına gəldiklərində, "Sizi mindirəcək bir minik tapa bilmirəm," dediyin və maddi imkansızlıqlarına görə üzüntüdən gözlərindən yaş axaraq geri dönənlər də qınana bilməz.
Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:100 Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.

Hucurat/49:15 İman edənlər onlardır ki, Allaha və elçisinə iman etdilər, sonra şübhəyə düşmədilər və Allah yolunda paraları (pulları) və canları ilə mücadilə etdilər. Onlar doğru olanlardır.

Ali İmran/3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”
Ali İmran/3:174 Beləcə, onlara heç bir pislik toxunmadan, Allahdan bir nemət və lütflə geri döndülər və Allahın rizasını qorumuşdular. Böyük lütfün sahibi Allahdır.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:24 Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.

Fəth/48:18 Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.